Putin koronavirusa qarşı niyə peyvənd olunmur? Kremldən cavab

  • 2020.11.24 14:15
  • 1128 Baxış
Putin koronavirusa qarşı niyə peyvənd olunmur?   Kremldən cavab
Rusiya Prezidenti Vladimir Putin dövlət başçısı olarkən koronavirusa qarşı peyvənd edilən könüllülərin sırasında ola bilməz.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bizdə hələ kütləvi peyvəndləmə başlamayıb. Əlbəttə ki, dövlət başçısı peyvəndləmədə könüllü kimi iştirak edə bilməz. Prezident sertifikat almamış peyvəndi istifadə edə bilməz. İndi bütün prosedurlar bitəcək. Sonra əgər o lazım bilsə, bu haqda məlumat verəcək”, - deyə Kremlin sözçüsü Rusiya Prezidentinin niyə koronavirusa qarşı hələ də peyvənd olunmadığı ilə bağlı suala cavabında vurğulayıb.