"Kristal Abşeronda" məktəbli oğlan azyaşlı qızı zorladı

  • 2022.05.05 14:46
  • 3455 Baxış
"Kristal Abşeronda" məktəbli oğlan azyaşlı qızı   zorladı

Xırdalanda 13 yaşlı qız zorlanıb.

Medicina.az xəbər verir ki, lent.az-ın məlumatına görə, hadisə Xırdalan şəhəri, “Kristal Abşeron-2” yaşayış kompleksində qeydə alınıb.

Oranın sakini olan bir qadın Abşeron Rayon Polis İdarəsinə müraciət edərək, 13 yaşlı qızı R.C.-nın 16 yaşlı oğlan tərəfindən zorlandığını bildirib.

Daxil olan şikayət əsasında polis araşdırmalara başlayıb.

Qeyd edək ki, ittiham olunan oğlan və zərərçəkmiş qız məktəblidirlər.