KTM-də onkoloji xəstənin əməliyyatı uğurla həyata keçirildi - FOTO

  • 2024.09.11 10:35
  • 1015 Baxış
KTM-də onkoloji xəstənin əməliyyatı  uğurla həyata keçirildi - FOTO
Kliniki Tibbi Mərkəzdə onkoloji xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatı icra edilib.


Medicina.az xəbər verir ki, sentyabrın 2-də 62 yaşlı vətəndaş Zinəddin Mehtiyev qalxan çəmbər bağırsağının xərçəngi parçalanma mərhələsində, bağırsaq qanaxması və bağırsaq keçməzliyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstə üzərində zəruri müayinələr aparılıb və cərrahi müdaxilənin zəruri olması bildirilib. KTM-in Ümumi Cərrahiyyə şöbəsində sağ tərəfli hemikolektomiya əməliyyatı icra edilib, D2-D3 limfadenektomiya və ileotranzverzoanastamoz prosedurları uğurla həyata keçirilib.

Həkim-cərrah Nazim Həsənov tərəfindən aparılan, asistent həkimlər Maya Xudiyeva və Ağanur Cavadovun iştirakı ilə baş tutun əməliyyatdan sonra xəstədə narahatlıq müşahidə edilməyib, vəziyyəti qənaətbəxşdir. Ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.