Kübra Əliyevanın plastik əməliyyat etdirməsi doğru deyil - Aktrisanın müalicə həkimi danışdı

  • 2021.02.22 17:20
  • 4507 Baxış
Kübra Əliyevanın plastik əməliyyat etdirməsi doğru deyil  -  Aktrisanın müalicə həkimi danışdı


Əməkdar aktrisa Kübra Əliyevanın üzündə baş verən dəyişikliklər səbəbindən onun plastik əməliyyat etdirməsi barədə xəbərlər yayılıb.

Medicina.az xəbər verir ki, aktrisanın hər hansı plastik əməliyyat etdirərək dəyişməsi xəbəri doğru deyil.

Belə ki, bir neçə il öncə aktrisada baş vermiş sinir xəstəliyindən qaynaqlanaraq üzündə assimmetriya pozulmuş, düzgün olmayan müalicə nəticəsində üzündə dəyişiklik qalmışdı.

Kök hüceyrə üzrə uzman Sevinc Heydərova aktrisaya bu problemin ancaq kök hüceyrə metodikası ilə həllinin mümkünlüyünü bildirmiş və ona müalicə təklif etmişdir. Sevinc Heydərova medicina.az-a açıqlamasında müalicənin necə baş tutduğunu açıqlayıb.

“Kübra xanım heç bir plastik əməliyyat istəmirdi, kök hüceyrəyə də hətta ilk əvvəl razı deyildi. Amma nəticədən, dəyişimdən razı qalacağına və üzündə təbii görünüşü, təbii mimikanı bərpa edəcəyimizə onu əmin etdikdən sonra həkimini qırmayaraq kök hüceyrə proseduruna razılıq verdi.

Kök hüceyrə mərkəzimizdə aktrisanın qarın nahiyəsindən öz piyi alınaraq, xüsusi laboratoriyada kök hüceyrələrə ayrıldı və sonra üz nahiyəsinə tətbiq edildi. Müalicə zamanı Kübra xanımın görünüşü ilə bağlı bütün istəkləri, detallar nəzərə alınıb.

Fotoda Kübra xanım prosedurdan dərhal sonradır. Üzündə inyeksiya yerləri və şişkinlik var. Sonradan bu izlər keçib gedir.

Kübra xanımın simasında müasir, ən son kök hüceyrə metodikasının nəticəsi açıq aşkar görünməkdədir. İnsanlar bunu plastik əməliyyata bağlayırsa, əslində bu kök hüceyrənin uğurudur. Amma Kübra xanımın xəstəlikdən sonra üzündə qalmış o assimmetriyanı, narahatlığı aradan qaldıran bir həkim olaraq deyim ki, kök hüceyrə plastik əməliyyatdan daha effektivdir və möcüzələr yaradır”.

Qeyd edək ki, aktrisa prosedurdan qısa müddət keçməsinə baxmayaraq üzündəki dəyişiklikdən razıdır.