Türkiyədə İzmirin Buca rayonunda kumpir yedikdən sonra Servet Polatın Salmonella bakteriyasından ölməsi diqqətsizliklə hazırlanmış qidalara diqqət çəkib.
Medicina.az xəbər verir ki, qastroenteroloq Prof. Dr. Esin Qorqud bakteriyaların təhlükələri və qida gigiyenasına toxunub.
"Kumpir kimi müxtəlif qidalarla hazırlanan yeməklər Salmonella bakteriyası səbəbiylə qida zəhərlənməsi riskini artıra bilər. İzmirin Buca rayonunda baş verən ölüm hadisəsinin bu bakteriyanın nə qədər təhlükəli olduğunu bir daha xatırladıb.
Salmonella ən çox qida zəhərlənməsinə səbəb olan bakteriyalardan biridir.
Salmonella yüngül, lakin bəzən ölümcül bir bakteriyadır.
Adətən qarın ağrısı, yüngül ishal və qızdırma kimi əlamətlərlə başlayır. Ancaq bəzi hallarda qanlı ishal, şiddətli qarın ağrısı və yüksək hərarətə səbəb ola bilər. Xüsusilə hamilə qadınlarda və immuniteti zəif olan insanlarda şiddətli yaşana bilər. Xəstə vaxtında xəstəxanaya yerləşdirilməsə ölümcül nəticələr yaradar”.
Salmonella infeksiyasının qarşısının alınmasında ən mühüm amilin gigiyena olduğunu bildirən professor sözlərini belə yekunlaşdırıb:
"Əl gigiyenası və yeməklərin hazırlanması zamanı istifadə olunan materialların təmizliyi çox önəmlidir. Qidalar yaxşı bişirilməli, süd kimi məhsullar pasterizə edilməlidir. Bundan əlavə, qidaların düzgün saxlanması və məlum yerlərdən alınması yoluxma riskini azaldır".
Aygün
Medicina.az
Aygün
Medicina.az