"Kurdlar vadisi"nin aktyoru COVID-19-dan vəfat etdi

  • 2021.03.26 13:36
  • 1504 Baxış
"Kurdlar vadisi"nin aktyoru COVID-19-dan vəfat etdi

Şimali Makedoniyanın tanınmış kino və teatr aktyoru Luran Əhmədi 46 yaşında koronavirusdan vəfat edib.

Medicina.az xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Ölkə paytaxtı Skopeydəki alban teatrının aktyorlarından olan L.Əhmədi Türkiyədə çəkilə “Kurdlar vadisi”, “Əlvida Rumeli”, “Möhtəşəm yüz il kösəm”, “Acı gilas”, “Xoşbəxt ol, yetər”, “Limonat” kimi bir sıra seriallarda rol alıb.