Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kürəyi ağrıyanlar bu 2 orqanı yoxlasın – İqnor etməyin

  • 2023.12.09 19:36
  • 2530 Baxış
Kürəyi ağrıyanlar bu 2 orqanı yoxlasın  – İqnor etməyin

Xəstə mədəaltı vəz belə, kürəyə ağrı verə bilər.


“Medicina” xəbər verir ki, qastroenteroloq Sergey Vyalov və onkoloq İvan Karasev mədəaltı vəz problemlərində ağrı formasından danışıb.


“Mədəaltı vəz fermentlər və insulin hasil edir, zülal, şəkər və yağları qidadan parçalayır. Mədəaltı vəzin ferment funksiyası pozulanda yeməyin normal həzmi dayanır.

Ferment azalması mədəaltı vəzin iltihabı zamanı baş verir. Çünki yağlar normal parçalanıb həll olmur, bu da vəzin divarlarını iltihablandırır.

Bu zaman xəstədə köp, qıcqırma, ürəkbulanma yaranır, köp isə diafraqmanı sıxaraq kürəyə ağrı verir.

Mədəaltı vəz ciddi pozulanda zülal - ət yeməklərini də həll etmək çətin olur. Amma xəstə mədəaltı vəz uzun müddət şirniyyatı, un məmulatını, nişastalı qidaları çox rahat uzun illər problem yaratmadan həll edə bilir.

Vəzin ağır iltihabı diabet pankreatit, daha sonra xərçəngə səbəb ola bilər. Eləcə də kürəyə yayılan ağrı zamanı ürək, mədə yoxlanmalıdır”.


Aygün
.