Kutaisidə 101 yaşlı qadın koronavirusdan sağaldı

  • 2020.11.26 13:20
  • 1337 Baxış
Kutaisidə 101 yaşlı qadın koronavirusdan sağaldı
Gürcüstanın Kutaisi şəhərində 101 yaşlı koronavirus xəstəsi sağalıb.

Noyabrın 20-də ikitərəfli sətəlcəm və qızdırma ilə xəstəxanaya yerləşdirilən qadının sağlamlıq vəziyyəti yaxşılaşıb. Onun yaxın günlərdə müalicə aldığı klinikadan evə buraxılacağı bildirilir.