Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı rəsmi açıqlama

  • 2025.06.25 21:38
  • 148 Baxış
Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı  rəsmi açıqlama

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

Bu barədə Medicina.az -a AQTA-dan bildirilib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, hadisə Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “022” dönər evində baş verib.

Agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Hazırda araşdırmalar davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcək.