Laxtalanmış qanın təhlükəli əlaməti

  • 2023.06.12 18:33
  • 1115 Baxış
 Laxtalanmış qanın təhlükəli əlaməti
Qan laxtalanması qan dövranı pozğunluqlarından biridir. Qatı qanı olan insan tromboz, işemiya, infarkt və emboliya kimi problemlər yaşaya bilər.

Laxtalanmış qanın təhlükəli əlamətləri arasında ən birincisi dərinin mavi rəng almasıdır.

“Medicina” xəbər verir ki, ürək – damar cərrahı Viktor Baldinin sözlərinə görə, əksər xəstələr barmaqların uclarında uyuşma və ya qıcolma hissi, ətrafların dərisinin rənginin dəyişməsi, ayaq və əllərdə soyuqluq hissi və s. hiss edirlər.

Qan qatılığından yaranan ağırlaşmalar zamanı bu simptomlar yarana bilər:

Dərinin mavi rəng alması, göyərməsi və bu yerdə kəskin ağrı hissi
Tutmalar

Nitqin pozulması
Üzün bir tərəfində qəfil uyuşma

Uzun müddət davam edən kəskin baş ağrısı

Həmçinin, oyanarkən başgicəllənmə, döş qəfəsində narahatlıq və ya sıxılma hissi, yuxu zamanı həddindən artıq tüpürcək axması qan laxtalanmasının mümkün əlamətlərindəndir.

Aygün Musayeva