Lənkəran Rayon Mərkəzi Xəstəxanasında üçəm dünyaya gəlib. Tibb müəssisəsinin nəzdində fəaliyyət göstərən Lənkəran Regional Perinatal Mərkəzinə müraciət edən 1992-ci il təvəllüdlü hamilə qadın 09.02.2026-cı il tarixində tibb müəssisəsinin Doğum şöbəsinə yerləşdirilib.
Medicina.az xəbər verir ki, Üçəmlərin çəkiləri müvafiq olaraq 2, 2.1 və 2.0 kq., boyları isə 40, 41 və 42 sm. olub. Onlardan ikisi oğlan, biri qızdır.
Hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü qadının üçəmlərə qədər iki oğlan və bir qız övladı var. Çoxuşaqlı ananın əvvəlki övladlarından bir qız və bir oğlan da əkiz hamiləliklə dünyaya gəlib.
medicina.az