Leylan Nəsirova yüksək vəzifəyə təyin edildi

  • 2026.05.26 15:27
  • 93 Baxış
Leylan Nəsirova yüksək vəzifəyə təyin edildi

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə Nəsirova Leylan Məhəmmədəli qızı təyin edilib.

Bu barədə Medicina.az -a TƏBİB-dən məlumat verilib.

L.Nəsirova 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra 2005-2006-cı illərdə Kliniki Tibbi Mərkəzdə nevropatoloq ixtisası üzrə internatura təhsili alıb.

2006-2011-ci illərdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında həkim-nevropatoloq, 2011-2022-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ərazi üzrə xidmət göstərən tibbi-sosial ekspert komissiyasının üzvü, daha sonra isə sədri vəzifəsində fəaliyyət göstərib.

O, 2022-ci ildə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor müavini və baş həkimi vəzifələrində çalışıb.

2022-ci ildən hazırkı təyinatına qədər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 19 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri olub.




Leylan Nəsirova yüksək vəzifəyə təyin edildi