Limon toxumunu qaynadıb içsəniz, görün nə olacaq

  • 2024.03.27 18:00
  • 795 Baxış
Limon toxumunu qaynadıb içsəniz, görün nə olacaq
Vazkeçilməz C vitamini mənbəyi olan limonun sağlamlığa saysız-hesabsız faydaları var.

Limonun toxumları da eyni dərəcədə qiymətlidir.

Medicina.az limon toxumunun faydalarını təqdim edir:

- Xəstəliklərə qarşı təsirli təbii vasitə olan limon qabıqları və toxumları güclü antioksidantlarla zəngindir. Buna görə də, ürək xəstəlikləri də daxil olmaqla, bəzi xroniki xəstəliklərə tutulmaq riskini azaldır.

- Limon toxumları bədəninizi zərərli maddələrdən təmizləyir.

- Həzm sisteminə müsbət təsir edir. Limon toxumlarını ağır qidalar qəbul etdikdən sonra qaynadıb içmək olar. Bu, həddindən artıq yeməkdən sonra hiss olunan ağırlıq hissini və həzmsizliyi azaldacaq.

- Güclü immunitet sistemi üçün ən vacib vitaminlərdən biri olan C vitamini limon toxumunda da var. Limon toxumlarında olan digər maddələr də immunitet sistemini gücləndirir.

- Bəzi araşdırmalar limon toxumlarının arıqlamaqda təsirli rol oynadığını göstərir. Limon toxumu maddələr mübadiləsini sürətləndirərək yağ yandırılmasını artırır. Arıqlama mərhələsində olan insanlar bu məhsuldan dəstək ala bilərlər.

- Tərkibindəki antibakterial xüsusiyyətlər sidik yolları infeksiyasında təsirlidir. C vitamini ilə zəngin olduğu üçün sidik turşuluğunu artıraraq bakteriyaların çoxalmasını çətinləşdirir. Limon toxumlarında olan salisilik turşu iltihab əleyhinə təsir göstərir.

- Baş ağrılarını, oynaq ağrılarını və əzələ ağrılarını aradan qaldırır.

- Bundan əlavə, salisilik turşu qan laxtalarının meydana gəlməsinin qarşısını alaraq ürək problemlərini azaldır.

- Limon toxumları yalnız sidik yollarının infeksiyası zamanı bədəndən zərərli maddələri çıxarmır, həmçinin zərərli bitki və heyvanların orqanizmə təsirini azaltmaqla sağlamlığı qoruyur.

Bu təbii dərmandan faydalanmaq üçün limon toxumalarını qaynar suya atıb 10 dəqiqə dəmləmək lazımdır. Limon toxumu çayını bal və limon dilimi əlavə edərək istehlak edə bilərsiniz.


Aysel