"Mağazalar bağlanacaq, ictimai nəqliyyat işləməyəcək" - Yeni karantin qaydaları

  • 2020.06.03 19:35
  • 4812 Baxış
"Mağazalar bağlanacaq, ictimai nəqliyyat işləməyəcək"  - Yeni karantin qaydaları


Bu həftənin cümə günü dövlət müəssisələrində iş saatlarının qısaldılması təklif olunub.

Medicina.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:

"Şənbə və bazar günləri bütün ticarət obyektləri, ərzaq mağazaları, marketlər tam bağlı olacaq. Bəlkə novbətçi apteklər fəaliyyət göstərdi.

Vətəndaşlar təşvişə düşməsin, qadağa cəmi iki gün olacaq.

Fəaliyyəti zəruri olan sahələrdə işləyənlərə icazə veriləcək. Onlara SMS vasitəsilə icazə veriləcək. Yalnız xüsusi sağlamlıq hallarında çıxmağa icazə veriləcək. İctimai və şəxsi nəqliyyatdan istifadə tam qadağan olunacaq.

Daha sərt karantin qaydalarının tətbiq edilməsi barədə fikrimiz, arzumuz yoxdur".