Mal və qoyun əti bu halda xərçəng yaradır - Rusiyalı alim

  • 2020.10.27 14:47
  • 8419 Baxış
Mal və qoyun əti bu halda xərçəng yaradır  - Rusiyalı alim

Xərçəng xəstəliyinin yaranması riskini artıran məhsulların siyahısında yenidən şəkər və ət məhsulları liderdir.

Şəkərdən, mal və qoyun ətindən həddən artıq istifadə xərçəng xəstəliyinin inkişafı riskini artırır.

Medicina.az xəbər verir ki, bunu Rusiyalı professor, tibb elmləri doktoru Konstantin Titov bildirib.

Şəkərdən normadan artıq istifadə piylənməyə imkan yaradır. Bu təkcə hipertoniya xəstəliyinə deyil, həmçinin ikinci növ şəkərli diabetə də gətirib çıxarır. Sonuncunun fonunda isə tez-tez xərçəng xəstəliyi meydana çıxır.

"Bədxassəli şişlər: süd vəzisi, mədəaltı vəzi xərçəngi və sair tez-tez yaranır", - Titov bildirib.

Mütəxəssis qeyd edib ki, şişlərin inkişafı üçün çeşidli “qidalanmalar” lazımdır və qlükoza bunun üçün əlverişlidir. O, həmçinin xəbərdarlıq edib ki, şəkərli diabetə görə mədəaltı vəzi hüceyrələri insulinin ifrazını dayandıra bilər.

Onkoloqun sözlərinə görə, mal və qoyun əti xüsusilə yağda qızardılmış növdə daha çox kanserogen maddələrdən ibarətdir.