Maqneziumu bədəndə tükədən qidalar

  • 2023.04.26 18:02
  • 2099 Baxış
Maqneziumu bədəndə tükədən qidalar
Elə məhsullar var ki, maqneziumun udulmasına mane olur və onu qanda azaldır.

“Medicina” xəbər verir ki, əgər son vaxtlar özünüzü yorğun və yuxulu hiss edirsinizsə, dəriniz quruyub və solğunlaşıbsa, həzm problemləri başlayıbsa, deməli, bu vacib mikroelement sizdə yoxdur.

Həkim - endekrinoloq Zuxra Pavlovanın sölərinə görə, bədənimiz üçün ən vacib iz elementlərindən biri maqneziumdur. Son illərin tendensiyası, sürətli inkşaf və digər problemlərin yaratdığı stress səviyyəsinə tab gətirməyə kömək edən yeganə mikroelement - maqneziumdur.


Maqnezium səhərlər ən yaxşı şəkildə sovrulur. Ancaq yuxusuzluqdan əziyyət çəkirsinizsə, axşam saatlarında çoxlu maqneziumlu qidalar yemək yaxşıdır.

Amma müəyyən qidalar maqneziumun ifrazına mane ola bilər. Misal üçün:


çay;
qəhvə;
duz;
un, makaron, bulka məhsulları;
təmizlənmiş yağ;
spirt.
Siqaret

Bitki mənşəli məhsullarda mikroelement axtarmaq daha yaxşıdır. Taxıl, lobya, ispanaq, göyərti, qoz-fındıq, kətan və balqabaq toxumu, quru ərik, brokoli, tünd şokolada diqqət yetirin. Mineral suda da çoxlu maqnezium var.

Aygün Musayeva