Rus ənənəsinə görə, qadınlar cümə axşamı günləri qəhvələrinə darçın əlavə etdikdə, ətraflarındakı kişilərin maddi cəhətdən daha güclü olduqlarına inanılır. Bu ritual sosial mediada trend olub.
Medicina.az xəbər verir ki, son zamanlar sosial mediada sürətlə yayılan maraqlı bir ritual xüsusilə qadın istifadəçilərin diqqətini çəkib.
Mənşəyi Rusiyada olan bu inanca görə, cümə axşamı günləri qəhvəyə az miqdarda darçın əlavə etmək sadəcə ətri dəyişdirməkdən daha çox şey edir.
Ənənəyə görə, cümə axşamı günləri içilən qəhvəyə az miqdarda darçın əlavə etmək qadınların həyatında kişilərin maddi cəhətdən güclənməsinə kömək edir.
Bolluq və firavanlıqla əlaqəli ədviyyat hesab edilən darçın bu ritualın mərkəzindədir.
Cümə axşamının xüsusi olaraq seçilməsinin səbəbi bəzi mədəniyyətlərdə bu günün "şans və bəxt günü" kimi qəbul edilməsi ilə əlaqələndirilir.
Aygün
Medicina.az