Market sousları damarları dağıdır

  • 2024.05.30 14:48
  • 865 Baxış
Market sousları damarları dağıdır

Marketdə satılan müxtəlif yağlı souslar trans qidalar siyahısındadır.


“Medicina” xəbər verir ki, endokrinoloq Yekaterina Yanq transyağ tərkibli sousları açıqlayıb.


“Hazır souslar xroniki iltihabi proseslərə təkan verir, piylənməyə səbəb olur.


Artıq çəkini ata bilməməyin bir səbəbi də xroniki iltihabdır. Bu xəstəliyi bir sıra qidalar yarada bilər.

Transyağlarla zəngin olan fastfud, yarımfabrikatlar, snek, çips, souslar, marqarinli şirniyyatlar damarların düşməni kimi tanınır.


Yağlı mağaza sousları damarların tonusunu qoruyan prostaçiklinin sintezini yubadır. Nəticədə qan qatılaşır, tromboz qaçılmaz olur.

Damarları məhv edən digər qidalar fruktoza, şəkər, şəkər əvəzediciləri, un məmulatlarıdır. Onlar qanda insulin hormonunu daim yüksək tutur”.


Aygün Musayeva