“Martın ortalarından “Britaniya ştammı” daha çox yayılacaq” - Alim

  • 03 Mrt 2021 16:37
  • 394 Baxış
“Martın ortalarından “Britaniya ştammı” daha çox yayılacaq” -  Alim

“Avropa və ABŞ-da aparılan araşdırmaların nəticələrinə görə, martın ortalarından etibarən koronavirusun mutasiya olunmuş versiyasının xüsusilə “Britaniya ştammı” ön plana çıxacaq. Aşkarlanan yeni yoluxmaların yarısından çoxunun yeni ştamlara yoluxma olacağı təxmin edilir”.

Medicina.az -ın məlumatına görə, bunu Coronavac peyvəndinin üçüncü klinik sınaqlarının nəticələrinə dair mətbuat konfransında Türkiyənin Hacettepe Universitetinin professoru Murad Akova deyib. O bildirib ki, Britaniya mutasiyası hazırkı 3 ştamm arasında peyvəndin təsiri baxımından ən yaxşısıdır: “Amma bu o demək deyil ki, orijinal, yəni Uhan virusu kimi peyvəndlərdən təsirlənir. Bu virusa vaksinlər daha az təsir göstərir. Türkiyədə bununla bağlı vəziyyəti bilmirik. Araşdırmalar davam edir”.

Hacettepe Universitetin professoru Serhat Ünal isə deyib ki, Türkiyədə yayılma sürəti artan COVID-19-un “Britaniya ştammı”dır: “Bundan başqa, bir-birinə oxşayan Braziliya və Cənubi Afrika ştamları var. Peyvəndlərin bu ştamlara qarşı təsiri yoxlanılır. Türkiyədə də işlər davam edir. “Coronac” vaksini “Britaniya ştammı” ilə müqayisədə, Braziliya mutasiyasına qarşı daha az effektlidir. Peyvənd olub koronavirusun yeni ştammına yoluxanlarda bunun ölümcül olması və ya xəstəliyi daha ağır keçirməsinə dair heç bir hala rast gəlinməyib. Vaksinlərin yeni ştamlara qarşı daha az təsiri olmasının şübhəsi var, amma bu, dəqiq deyil”.