Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Masallıda körpənin ölümündə həkim ittiham edildi

  • 2025.06.10 15:52
  • 177 Baxış
Masallıda körpənin ölümündə həkim ittiham edildi


Masallıda yenidoğulmuş övladı vəfat edən şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.

"Medicina" xəbər verir ki, Yardımlı rayon sakini 1985-ci il təvəllüdlü Pərviz Gönlüşad oğlu Bağırov prokurorluğa ərizə ilə müraciət edib.

O bildirib ki, iyunun 3-ü Masallı Rayon Mərkəzi Xəstəxanasında Doğum və Ginekologiya şöbəsinin müdiri Təhminə həkim ondan 6000 manat pul alıb və səhlənkarlıq nəticəsində yenidoğulan övladı orada vəfat edib.

Müraciətlə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır. /qafqazinfo.az/