Maşında ürəkbulanma niyə yaranır?

  • 2026.08.01 12:10
  • 92 Baxış
Maşında ürəkbulanma niyə yaranır?

Xalq arasında "maşın tutması" kimi tanınan hərəkət xəstəliyi səyahət zamanı ürəkbulanma, başgicəllənmə, qusma, soyuq tər və baş ağrısı kimi əlamətlərlə özünü göstərə bilər.

Medicina.az xəbər verir ki, bu hal daxili tarazlıq sistemi ilə gözün qəbul etdiyi hərəkət siqnalları uyğun gəlmədikdə yaranır. Hərəkət xəstəliyi quru, hava və dəniz nəqliyyatında baş verə bilər.

Bu narahatlığın qarşısını almaq üçün avtomobilin ön və ya orta hissəsində əyləşmək, kəskin qoxulardan uzaq durmaq, səyahətdən əvvəl ağır və yağlı yeməklərdən çəkinmək tövsiyə edilir.

Xanım,
Medicina.az