“Maska və əlcək məcburi olacaq” - TƏBİB

  • 2020.05.01 17:52
  • 1727 Baxış
“Maska və əlcək məcburi olacaq”  - TƏBİB

“Sabah koronavirus.info saytında ictimai davranış qaydaları yerləşdiriləcək”.

Medicina.az-ın xəbərinı görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, karantin rejiminin tətbiqi ilə əldə edilən nəticələr qətiyyən laqeydliyə səbəb olmamalıdır:
“Xüsusi karantin rejimi müddətində sərhədlər bağlı qalacaq. İndiyə qədər 11 minədək vətəndaşımız ölkəyə gətirilib. Xaricdən gətirilən hər bir şəxs 14 gün karantində qaldıqdan sonra test ediləcək, neqativ olanlar evə buraxılacaq. Penvənd tapılmayanadək virusun əhali arasında yenidən sürətlə yayılma riski var.

Qaydalar hər bir şəxsin gündəlik həyat tərzi olmalıdır. Virus təhlükəsi aradan qalxmayanadək ictimai yerlərdə qoruyucu vasitələrdən istifadə məcburi olacaq. İaşə yerlərində masalararası məsafə qorunmalıdır”.