Maskalanan OSTEXONDROZ– Ürək ağrısı da verir

  • 2020.11.18 18:44
  • 2594 Baxış
Maskalanan OSTEXONDROZ – Ürək ağrısı da verir

Sizdə hər gün baş ağrısı, miqren, qulaqlarda küy, xışıltı, üzdə, əldə, ağızda keyimə, barmaq, qollarda uyuşma, gücsüzlük, ağrı varsa, onlarla həkimi gəzib, müxtəlif dərmanlar almağa tələsməyin.

Siz ürək, damar, beyindən şübhələnə bilərsiz.

Medicina.az xəbər verir ki, bütün bu əlamətlər ostexondrozun əlamətləri ola bilər.

Ostexondroz onurğanın müəyyən hissələrindən olmasından asılı olaraq müxtəlif qarışıq simptomlar verir.

Ostexondrozdan bir çox həkimlər də yan keçib, başqa səbəblər axtarır, bəzən xəstəni də yanıldırlar.

Döş qəfəsi ostexondrozu ürək ağrısı, stenokardiya, taxikardiya, hətta mədə, öd kisəsi, ağciyər xəstəlikləri ilə maskalana bilir. Yəni bu orqanlarda problemlər yarada bilər.

Döş qəfəsi ostexondrozunda onurğada baş verən sıxılmalar ürəkdə ağrı, sancı, sıxılma hissi, ritm pozğunluğu, gəzəndə ağrı, gecələr güclənən küt ağrı verə bilər.

Xəstə infarkt olacağını düşünüb kardioloqlara gedir, yoxlanır, amma kardioloq bir şey tapmır. Tapsa da buna görə dərman yazsa da təsiri olmur, çünki səbəb ürəkdə yox, onurğada, ostexondrozdadır.

Sizdə nəfəsalmada çətinlik, təngnəfəslik, dərindən nəfəs alanda çətinlik, sanki tam nəfəs almamaq, tez–tez əsnəmək varsa, siz ağciyərlərdən, ürəkdən də öncə onurğa və ostexondrozu yoxladın.

Bel-çanaq ostexondrozu isə böyrək ağrıları, sidik kisəsində sıxılma, tez-tez sidiyə getmə, çətin getmə, göynəmə, aşağı ətraflarda ağrı, sancı, keyimə, yerişdə problem, ayaqlarda heysizlik, mədə-bağırsaq problemləri, dəri xəstəlikləri ilə belə maskalana bilər və bu orqanlarda pozulma verə bilər.

Bu zaman ağrılar gəzəndə, sonra oturanda, hətta yatanda gecələr belə tutur.

Ostexondroz müasir insanın bəlasıdır. Onu görmək çətindir, özbaşına müalicə də etmək olmaz.

Ürək, böyrək, ağciyərləri dərmanlarla yükləməyin, bəlkə də onların işini pozan onurğanız, ostexondrozdur.

Ostexondrozun müalicəsi nevroloq, manual terapevt, fizioterapevt, iynəterapiya və müasir dövrdə ağrı mütəxəssisi tərəfindən aparılır.