Maskaların fərqi, müddəti – Hansı daha yaxşı qoruyur?

  • 2020.10.09 16:10
  • 2575 Baxış
Maskaların fərqi, müddəti   –  Hansı daha yaxşı qoruyur?

Hazırda insanlar daha dəbli, xüsusi parçadan və çox istifadə olunan maskalar almağa çalışır. Satışa virusla əlaqəsi olmayan sadəcə ağızlıq rolunu oynayan maskalar çıxarılıb.


Medicina.az xəbər verir ki, sadəcə göstəriş naminə üzə hər hansı bir maskanı taxmaq sağlamlıq üçün zərərlidir

Maskalara da savadlı yanaşmaq lazımdır ki, tənəffüs orqanları zərər görməsin.
Birinci məsələ odur ki, hələ də maskanın virusdan qorumadığına inananlar var. Buna bir cavab var. Minlərlə həkim, tibb bacısı reanimasiyada ağır xəstələrin yanından sağ çıxıbsa mühafizə vasitəsi və respirator maskadan istifadə ediblər.

İndi payız, qış viruslar fəslidir. Ona görə də maska sizi bu dəqiqə adamlar arasında uçuşan qrip, adenovirus, rinovirusdan da qoruya bilər.


Hansı maskanı seçməli?

- Əgər uzun müddət maskada olmalısızsa, o zaman klapanlı maska və ya respirator seçin. Amma nəzərə alın ki, klapan havanı təmizləyib çölə buraxmır. Ona görə bu maskanı taxan adam xəstədirsə və qarşısındakı insan maskasızdırsa, elə o klapandan çıxan tənəffüs havasındakı virus zərrəcikləri ilə yoluxdura bilər.

Klapanlı maskada nəfəs almaq rahatdır, 1 sutka istifadə etmək olar, alınan hava maskanın içində rübubət və tər yaratmır.


- Tibbi markirovkalı maskalar alın. Kiminsə hardansa, xüsusən Çindən müxtəlif nano, rezin kimi materialladan, şəkilli maskalardan uzaq durun. Qoruyucu maskanın üzərində N, KN, NR kimi hərflər olur. N 95 və FFP 2 maskaları ən effektivdir, bir şərtlə ki, hərflərin sonuda RD olsun.
Maskanın tikiş sapları çıxıbsa, klapan əyri tikilibsə onları almayın.


Aptekdə satılan 30 qəpiklik tibbi maskalar 2, maksimum 3 saatlıqdır. Əgər bir maskanın istifadə müddəti bu qədərdisə, deməli ondan çox istifadə etmək olmaz. Əgər 6-8 saatlıq maskadırsa, deməli, o müddətdən sonra atılmalıdır.


Maskanı spirtlə, qaynar su ilə yumaq uydurmadır. Heç bir faydası yoxdur, əksinə o maskada nəfəs almaq çətin, zərərlidir. Filtr və klapanı da korlanır.

Diqqət: istənilən maskada əvvəl yaxşı nəfəs alır, sonra hiss etsəniz ki, nəfəsalma ağırlaşdı, sanki tıxanırsız, deməli, maskanın müddəti bitib, çıxarıb atmalısız. Mütləq özünüzə uyğun və tənəffüsünüz üçün rahat maska seçin.






Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.