Maskanın dəridə yaratdığı PROBLEMLƏR

  • 2020.08.28 11:09
  • 3330 Baxış
Maskanın dəridə yaratdığı  PROBLEMLƏR

Mütəxəssislər hər zaman “İctimai yerlərdə maska taxın”, - deyə xəbərdarlıq edirlər. Amma virusdan qorunmaq üçün ən böyük silahımız olan maskalar yay aylarında bizə çətin anlar yaşadır. İsti və nəmli havalarda maska taxaraq çətin nəfəs almaqla yanaşı, dərimizdə də problemlərə səbəb ola bilər.

Bəs maska dərimizdə hansı problemlərə səbəb ola bilər? Bundan qorunmaq üçün nə etməliyik?

Medicina.az həmin araşdırmanı təqdim edir:


SIZANAQLAR

Yay aylarında maska və isti havanın təsirindən üzümüz nəmlənir, tərləyir, dərimiz nəfəs ala bilmir. Xüsusi ilə də yağlı dərilərdə tərləməklə bərabər yağ ifrazının artması ilə birlikdə dəridəki məsamələr tıxanır, sızanaqlar yaranır.

* Nəmlənən maskanızı gün içərisində mütləq dəyişdirin.
* Evə gəldiyiniz zaman dəri tipinizə uyğun bir vasitə ilə üzünüzü yuyun.
* Həftədə bir dəfə edəcəyiniz pilinq də sızanaqların yaranmasının qarşısını alacaq.

ROZASEA

Maska səbəbindən üzdə istilik artır və xalq arasında “gül xəstəliyi” kimi tanınan “rozasea” xəstəliyi yaranır. Bu isə üzdə qızartı, damarlanma və sızanaqlara yol açır. Ona görə də dermatoloqlar maska ilə bağlı şikayətlərin artmaması üçün daha diqqətli olmağımızı məsləhət görür.

* İsti saatlarda mümkün olduğu qədər çölə çıxmayın.
* Sərin yerləri seçin.
* Maska taxılmalı olan yerlərdən uzaq durun.
* Çay, qəhvə ve alkoqol içkilərini minimum az qəbul edin.

KİSTLƏR

Üzdə maskanın təsiri ilə artan tərləmə tər bezlərinı tıxayaraq, tər bezi kistlərinə səbəb olur.
* Gündə 2 dəfə dəri tipinizə uyğun təmizləyici vasitələrdən istifadə edin.
* Tərdən nəmlənən maskanızı mütləq dəyişin.
* Tərlədiyiniz zaman üzünüzü yumaq imkanınız olmasa belə, su ilə isladılmış salfetlə silə bilərsiniz.
* Şəffaf tər bezi kistlərində üzə bir neçə dəqiqə buz qoymaq şikayətlərinizi azaldacaq.

EKZEMA

Bəzən maska altında qalan bölgədə xüsusi ilə burun kənarlarında, kişilərdə isə saqqal hissəsində pullanma, qaşıntı və qızartılar artır. Bu zaman dermatoloqa getmək, məsləhət almaq mütləqdir.

* Üzünüzü tez-tez yuyaraq təri dərinizdən uzaqlaşdırın.
* Bir stəkan ilıq suda bir xörək qaşığı balı qarışdırıb yağlı eqzema gördüyünüz üz bölgəsinə pambıqla sürtün. Bu üsulla qızartı və pullanma şikayətlərinizdə azalma olacaq.
* Təraşdan əvvəl və ya sonra istifadə edilən alkoqol tərkibli lasyonlardan uzaq durun.

ALLERGİYA

Allergiyası olanlar, xüsusi ilə də maska parçasına qarşı problemi olan insanların üz dərisində qızarma, qaşıntı, pullanma kimi problemlər ortaya çıxa bilər.
* Maskanızın altına evdə pambıq parça ilə hazırladığınız maskanı taxın. Daha sonra üzərinə normal maskanı taxsanız, onun dəri ilə təmasını kəsmiş və allergiya riskini aradan qaldırmış olarsınız.

DƏRİDƏ RƏNG DƏYİŞMƏLƏRİ

Üzümüzün maska ilə örtülən, günəşi görməyən hissəsində çox dəyişim olmasa belə, maskadan qıraqda qalan hissə də rəng dəyişimi yəni, qarala bilər. Bu hal dəridə rəng fərqliliyinə səbəb olur. Bu da narahatedici bir görüntü yarada bilər.
* Maskadan kənarda qalan hissəni günəşqoruyucu kremlərlə qorumağınız çox önəmlidir. Beləcə, günəşdən qıraqda qalan hissələr də qaralmaz və üzdə rəng fərliliyi yaratmaz.