Mastopatiya nədir? – Qadınların kabusu

  • 2023.03.13 15:14
  • 1388 Baxış
 Mastopatiya nədir?  – Qadınların kabusu
Mastopatiya (fibrokistik xəstəlik) süd vəzilərinin dishormonal xəstəliyi olub, süd vəzi toxumasında bərkimənin və ya müxtəlif ölçülü kistlərin əmələ gəlməsi ilə birləşdirici və vəzi toxumasının böyüməsidir.


“Medicina” xəbər verir ki, mastopatiyanı xoş xassəli döş şişi fibroadenomasından ayırmaq lazımdır. Bunlar tamamilə fərqli xəstəliklərdir.


Klinik nöqteyi-nəzərdən mastopatiya iki qrupa bölünür: bir düyün və ya diffuz mastopatiya.

Mammoloqların fikrincə, mastopatiyanın əsas səbəbi hormonal disbalansdır ki, bu da təkcə yumurtalıq xəstəlikləri deyil, qadın cinsi hormonlarının mübadiləsində iştirak edən qalxanabənzər vəz, qaraciyər və digər orqanların patologiyası ola bilər.

Simptomlara gəlincə isə bu xəstəlik ilk vaxtlar simptomsuz olur və qadını narahat etmir. Lakin sonradan qadınlar həkimə gələrkən şikayətləri adətən süd vəzilərində ağrı (menstruasiyadan qısa müddət əvvəl daimi və ya təkrarlanan dövri), süd vəzilərində bərkimə, düyün və ya həcmli formasiyaların görünməsidir. (tez-tez onların ölçüsü də menstruasiya dövründə dəyişir).


Mastopatiyanın müalicəsi onun baş vermə səbəbindən asılıdır. Müayinə zamanı endokrin fonda bir dəyişiklik aşkar edilərsə, terapevtik taktika hormon səviyyəsinin korreksiyasına və ya endokrin xəstəliklərin müalicəsinə əsaslanır.

Günay Quliyeva