Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mayda 8 milyondan çox tibbi xidmət göstərilib - TƏBİB

  • 2025.06.18 12:45
  • 62 Baxış
Mayda 8 milyondan çox tibbi xidmət göstərilib -  TƏBİB

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin may ayı ərzində ümumilikdə 2 327 302 müraciət qeydə alınıb. Bunlardan 45 605-i stasionar, 2 281 697-si ambulator olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 6% artım qeydə alınıb.

Bu barədə TƏBİB-dən Medicina.az -a bildirilib.

Qeyd olunub ki, may ayında göstərilən xidmət sayında da ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, ay ərzində 8 546 523 (1 048 072 stasionar, 7 498 451 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14% artıb.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Ay ərzində 3 644 357 sayda laborator müayinələr aparılıb ki, onların da 523 243-ü stasionar, 3 121 114-ü ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 24% artım qeydə alınıb.

May ayı ərzində cərrahi əməliyyat və prosedurların sayı isə 33 657 (31 055 stasionar, 2 602 ambulator olmaqla) olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyat və prosedurların sayında 1% azalma qeydə alınıb.