Mayda 85 nəfər zəhərlənib, 2-si vəfat edib

  • 2026.06.01 13:37
  • 185 Baxış
Mayda 85 nəfər zəhərlənib,  2-si vəfat edib

May ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.

Medicina.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.

Bildirilib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 83 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb.