MDB Pediatrlar federasiyasının vitse -prezidenti azərbaycanlı seçildi

  • 2023.09.12 14:50
  • 1073 Baxış
MDB Pediatrlar federasiyasının vitse -prezidenti   azərbaycanlı seçildi
Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) sədri, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə MDB Ölkələrinin Pediatrları Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilib.


"Medicina" xəbər verir ki, o, 14-16 sentyabr tarixlərində Qırğızıstan Respublikasında keçiriləcək MDB Ölkələri Pediatrları Federasiyasının “Uşaq və cəmiyyət: sağlamlıq, inkişaf və qidalanma problemləri” mövzusunda X Yubiley Konqresində iştirak edəcək.

Konqresdə MDB Ölkələrinin Pediatrları Federasiyasının vitse-prezidenti Təranə Tağı-zadə Azərbaycanda bioetikanın inkişafı və tibbdə tədrisinin təşkilinə, eləcə də Azərbaycan Pediatrlar Assosiasiyasının 100 ilə yaxın müddətdə ölkəmizdə uşaqların sağlamlığının qorunmasında, möhkəmləndirilməsində və milli pediatriyanın inkişafında xidmətlərinə dair çıxış edəcək.