Mədə-bağırsaq sistemində problem olanlar bu qidalardan uzaq dursun!

  • 2024.06.24 19:47
  • 718 Baxış
Mədə-bağırsaq sistemində problem olanlar  bu qidalardan uzaq dursun!
Milyonlarla insan mədə yanması, qaz, şişkinlik, qəbizlik problemləri ilə üzləşir.

Medicina.az xəbər verir ki, mədə və bağırsaq problemlərinə bir çox amillər səbəb ola bilər.

Odur ki, bu cür problemi olanlar qidalanmasına xüsusi fikir verməlidir.

Həzm bir çox orqanı əhatə edən uzun bir prosesdir. İlk növbədə mədəyə zərər verən qidalardan uzaq durmaq lazımdır. Hər kəsin həzm sistemi fərqlidir. Bir qida hər kəsə eyni təsir göstərməyə bilər. Buna görə də qidaların sizə necə təsir etdiyinə diqqət yetirməklə hansı qidaları öz pəhrizinizə daxil edəcəyinizə və ya hansılardan uzaq durmalı olduğunuza qərar verməlisiniz.

Ancaq bəzi qidalar var ki, onlar mədə və bağırsaq problemləri yaşayan hər kəs üçün zərərlidir. Mütəxəssislər aşağıdakı qidaları mümkün qədər istehlak etməməyi məsləhət görürlər:

1. Qızartmalar
2. İşlənmiş qidalar
3. Çox yağlı yeməklər
4. Qəhvə
5. Acılı qidalar
6. Alkoqol
7. Sitrus meyvələri
8. Şokolad
9. Süd məhsulları
10. Süni dadlandırıcılar


Aysel