Mədə əzələsinin parezi nədir – Əlamətlər

  • 2023.03.27 15:20
  • 2280 Baxış
Mədə əzələsinin  parezi nədir  – Əlamətlər
Mədənin hərəki funksiyasının pozulmasına mədə divarında əzələ qişasının tonusunun və peristaltikasının dəyişiklikləri səbəb olur.


“Medicina” xəbər verir ki, mədə əzələsinin parezi, qida kütlələrinin hərəkətinə maneçilik törədən amillər mədə tonusunun zəifləməsinə və ya tamamilə itirilməsinə gətirib çıxardır.


Bu maneələrə şiş, çapıq toxuması və s. misal göstərmək olar. Bundan əlavə psixi amillər, mənfi emosiyalar, depressiya da mədədə atoniyaya səbəb ola bilir. Bu da həzm prosesinin və motor funksiyasının ağır dərəcədə pozulması ilə nəticələnir.

Mədənin motor funksiyasının pozulmasına aşağıdakılar səbəb ola bilir:

- qastrit
- hiperkinez
- peristaltikanın artması
- pilorospazm.

Mədənin hərəki funksiyası baş verdikdə gəyirmə, hıçqırma, qıcqırma, ürək bulanması və qusma kimi əlamətlər müşahidə edilə bilir.


Qusma çox vaxt mədədə sinir reseptorlarının kimyəvi və mexaniki qıcıqlanması nəticəsində baş verir. Qıcıqlanmalar keyfiyyətsiz qida maddələri, toksinlər, mədənin həddindən artıq dolması, diafraqmanın gərginləşməsi səbəbindən ola bilir.

Bu zaman qusma mühafizə xarakteri daşıyır, yəni mədə lazımsız maddələri qusaraq orqanizmdən xaric edir.

Aygün Musayeva