Mədəniz niyə uzanıb sallanır? - ÇARƏ

  • 2020.10.16 15:07
  • 4841 Baxış
Mədəniz niyə uzanıb sallanır?  - ÇARƏ

Azərbaycanda mədə sallanması və onun yerinə çəkilməsi patologiyası geniş yayılıb. İnsanlar mədə ağrıları zamanı çox zaman birinci bunu düşünür:
Bəlkə mədəm sallalıb?

Əgər mədədə sancı, ağrılar kəskinləşibsə, sizdə bəzi qidalara ikrah hissi yaranıbsa, çox yedikdə yalnız uzandıqda rahatlıq tapırsızsa, deməli, sizdə mədə sallanmasının orta və ağır dərəcəsidir. Mədə sallanması zamanı köp, qəbizlik, ürəkbulanma, mədədə ağırlıq əlamətləri də olur.



Diaqnoz və müalicəsi


Bu xəstəliyin diaqnostikası asandır, terapevt və ya qastroenteroloq USM və əllə müayinə zamanı təyin edə bilər. Amma dərmanla müalicəsi yoxdur.

Yalnız massaj, pəhriz, xüsusi idman hərəkətləri lazımdır. Ağır hallarda xüsusi bandajın, korset taxılır. Daha ağır formalarda əməliyyat edilir.

Azərbaycanda bir çox türkəçarəçilər mədə sallanmasını mədə çəkmə üsulu ilə təklif edirlər. Əgər bu qədim metodu həqiqətən bilən insan edirsə, həmin an mədəni bir qədər yerinə qaytara bilir və qarını üstdən möhkəm bağlayıb sıxır. Amma bu metod ağır, çox sallanmış, bağları həddən artıq zəif olan mədələrdə effekt vermir. Çəkildikdən 1 ay sonra yeni eyni vəziyyətə qayıdır.

Mədə sallanmasının ən yaxşı diaqnoz üsulu rentgendir.

Naturopat Füzuli Hüseynov belə bir metodu təklif edir:


- Xəstə arxası qatda uzadılır, adi günəbaxan yağı ilə yavaş-yavaş mədə nahiyyəsi altdan yuxarı yarım saata yaxın masaj edilir və sonra xəstə qarnın bacardığı qədər içəri cəkir və həkim isə bərk-bərk bağlayır və 2 saata yaxın bağlama qalmalıdır, çox saxlasa daha yaxşı. Bu müalicəni 2 həftə gündə bir dəfə edə bilərsiniz.

2. Heyva meyvəsinin şirəsini çəkib için. Bunun mədə sallanmasına xeyri yoxdur, xeyri şirə alınandan sonra əmələ gələn tullantısıdır. Deməli, həmin tullantı 1 stəkan götürülür, üzərinə 2 xörək qaşığı adi xına əlavə edib suda 5 dəqiqə bişirilir, sonra palıd qabığı tozu əlavə edilərək lapa formasını alınana qədər yoğrulur və sonda mədə üzərinə qoyulub bağlanılır.