Mədə qıcqırması olanlar ürəyini yoxlasın

  • 2022.10.19 15:13
  • 2710 Baxış
Mədə qıcqırması olanlar ürəyini yoxlasın


Güclü mədə qıcqırması və göynəməsi bəzən ürəyin işemik xəstəliyinin simptomu ola bilər.


"Medicina" xəbər verir ki, professor Caqdiş Xubçandani bu barədə danışıb.

"Bədənin döş qəfəsi hissəsində istənilən qəribə hiss, diskomfort, çiyində, çənədə, kürəkdə, boyunda ağrı işemik xəstəlikdən ola bilər.


Xəstələr aylarla mədə göynəməsi, reflüksdən şikayətlənir. Stress zamanı, yeməkdən öncə, sonra gərginlik artır.
Həzm problemi və tənəffüsdə çətinlik, azca da olsa təngnəfəslik varsa, bu ürək xəstəliyinə işarədir.
Mədəm göynəyir, yəqin yeməkdəndir düşünənlər bəzən səhv edir.

Mədə yoxlanmalıdır, amma ondan da öncə ürəyi yoxlayın. Təkcə ürək EKQ-si azdır, mütləq koronar damarlar yoxlanmalıdır".


Aygün Musayeva