Mədəaltı vəz xərçənginin sidikdə olan əlaməti - Onkoloqdan

  • 2022.09.21 17:07
  • 2106 Baxış
Mədəaltı vəz xərçənginin sidikdə olan əlaməti  - Onkoloqdan

Mədəaltı vəz xərçəngində adətən həmin nahiyədə ağrılar, iştahın azalması, çəki itkisi olur. Lakin bunlar artıq gecikmiş mərhələdir. İlk simptom sidikdə görülə bilər.


"Medicina" xəbər verir ki, onkoloq Andrey Vorobyev sidikdəki əlaməti açıqlayıb.


"Çox xəstələrdə erkən simptomlar saralma, sarılıqdır. Sarılıq dəridə və gözlərdə olur.

Bəzən sarılıq sidikdə özünü göstərir. Sidiyin həddən artıq tünd olması, hətta qəhvəyi olması bilirubinin miqdarının artdığını göstərir.

Bilirubin qaraciyər tərəfindən hasil olur, öd yolları tutulduqda qanda çox toplanır.

Sidik qəhvəyi olur, nəcis isə açıq krem rəngi alır, dəri qaşınır.

Bu əlamətlər varsa qaraciyər və mədəaltı vəz yoxlanmalıdır".

Aygün Musayeva