Mədənin düşməni - Helikobakterini necə öldürək?

  • 2022.10.11 16:55
  • 1987 Baxış
Mədənin düşməni - Helikobakterini necə öldürək?

Helikobakteri mədə xərçənginə səbəb olan bakteriyadır. Bir çox mədə xoralarının səbəbidir.


"Medicina" xəbər verir ki, hepatoloq Sergey Vyalov bağırsaqlarda bakteriyaları zərərsiz məhv etmək yollarından danışıb.

"Ən çox davamlı bakteriya qızılı stafilakokkdur. Antibiotiklər onu zəhərləsə də, ölmür və inadla yaşayır.
Bu bakteriya dünya tibbi üçün baş ağrısıdır. "Sırtıq" bakteriyalardan biri də mədədə olan helikobakteridir.

O, mədənin əbədi sakinidir. Hazırda müalicə üçün istifadə edilən 2 antibiotikdən biri artıq effektsizdir.
Müalicə 14 gün davam edir. Daha sonra mikrobəleyhinə dərmanlar yazılır.


1 ay ərzində qaraciyər yüklənir, bağırsaq mikroflorası pozulur. Helikobakterinin müalicəsi həmişə problemlər yaradır.
Bağırsaqları qorumaq üçün müalicədən əvvəl onlar yoxlanmalı, probiotiklərlə zənginləşdirilməlidir".


Aygün Musayeva