Mədənin sağlam və ya xəstə olduğunu - Evdə özün yoxla

  • 2021.07.27 18:27
  • 2566 Baxış
Mədənin sağlam və ya xəstə olduğunu    - Evdə özün yoxla


Bu test mədə xəstəliklərini təyin etmək üçün 30 illik iş stahı olan qastroenteroloq Aleksey Knyazov tərəfindən hazırlanıb. Mədəninə tibbi yardım və müalicə lazım olub-olmadığını elə indi biləcəksiz.


Medicina.az evdə edə biləcəyiniz asan testi təqdim edir:

Sadəcə suallara cavab ver: cavabların “tez-tez”, “Bəli”, Xeyr və Hərdən olmalıdır.

Tez-tez cavabının balı – 8
Bəli – cavabının balı – 4
Hərdən – 2
Yox, xeyr – 0 bal

Hər suala verdiyiniz cavabın ballarını yazıb, sonda onları toplayın.

Suallara tələsmədən, dəqiq cavab verin:

1. Az yemək yesəniz belə, mədəniz sanki dolub şişir hissi olurmu?
2. Mədə və mədəaltı vəz hissəsində küt ağrı, sancı, koliklər olurmu?
3. Mədədə üzü yuxarı və boğazda yanma, göynəmə hissi olurmu?
4. Stress, qorxu, yorğunluqdan sonra mədədə pozulma, ağrı olurmu?
5. İştahınız zəifdir və ya hec olmur?
6. Köpdən əziyyət çəkirsizmi?

7. Qıcqırma, gəyirmə, qaz necə olur?
8. Yeməyi sürətli, tələsik, çeynəmədən yeyirsiz
9. Üzünüzün rəngi qryri-sağlamdır, avazıyıb?
10. yeməyi pis çeynəyirsiz, tikələri tez udursuz?

11. Yağlı, quru, istiotlu qidaları yeyirsiz?
12. Şirniyyat yeməyi xoşlayırsızmı?
13. Siz mənəvi baxımdan narahatsız, bədəniniz gərgindir?

14. Problemlərinizi doğmalarınıza belə demirsiz, qapalısız?
15. Ailəniz, işiniz və dostarınızdan razısız?

16. Mədəniz ağrıyanda başınız da ağrıyırmı?
17. Sizə elə gəlirmi ki, mədəniz də heç də hər şey qaydasında deyil?
18. Yatmazdan əvvəl yeyib, toxqarına yeyirsiz?

İndi isə ballara görə nəticəniz?

0 -30 bal – Hələ ki, mədəniz normal vəziyyətdədir. Stresi azaldın, yağlı, quru qidaları azaldın. Daha çox dincəlin. Acı qəhvə, şirin qazlı içkilər içməyin. Mədənizin bu vəziyyətini qoruyun

31-70 ball – Artıq ciddi pəhriz saxlamaq zamanıdır. Mədə üçün mövcud olan 4 saylı pəhriz stoluna riayət edin. Həyat və qidalanma tərzinizi dəyişin. Piyada gəzin, aktiv olun, sağlam qidalanın, bol su için. Mədənizi bir dəfə endoskopik yoxladın Ola bilər ki, reflüks, mədə göynəməsi və yüngül qastrit artıq var.

71 bal və yuxarı – SOS. Təəssüf ki, mədəniz ciddi müayinə və müalicələrə ehtiyac duyur. Qastroenteroloq köməyiniz olsun. Ciddi pəhriz və mədəqoruyucu dərmanlar lazımdır. Mədənizi xilas edin ki, atrofik xora olmasın.