21.04.2025-ci il tarixində 47 yaşlı pasiyent ağır vəziyyətdə mədə-bağırsaq qanaxması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
"Medicina" xəbər verir ki. Ümumi Cərrahiyyə şöbəsinin müdiri Nazim Həsənovun icra etdiyi, asistentlər Ağanur Cavadov və Maya Xudiyevanın iştirakı ilə baş tutun əməliyyat zamanı mədənin kardioezofageal keçidində törəmə aşkarlanıb.
Törəmənin yerləşməsi və xəstənin vəziyyəti nəzərə alınaraq, onkoloji prinsiplərə uyğun olaraq xəstəyə total qastrektomiya, ezofagoyeyunostomiya (intestinal interpozisiya ilə), splenektomiya, D3 limfodisseksiya əməliyyatları icra olunub.
Əməliyyatdan sonrakı dövr Cərrahi Reanimasiya və Ümumi Cərrahiyyə şöbəsində davam edib, xəstəyə zəruri müalicələr tətbiq olunub.
Uğurlu əməliyyat və müalicə prosedurlarından sonra xəstənin vəziyyəti stabilləşib və qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.
medicina.az