Mehdiabadda beş yaşlı qız yanıq xəsarətindən öldü

  • 2022.04.18 14:53
  • 2139 Baxış
Mehdiabadda beş yaşlı qız yanıq xəsarətindən   öldü


Ötən gün yanıq xəsarətləri ilə Bakıdakı xəstəxanaların birinə gətirilən beş yaşlı qız ölüb.

Medicina.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2017-ci il təvəllüdlü Zəhra Zülfüqarova termiki yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırma zamanı beş yaşlı qızın dünən axşam saatlarında Mehdiabad qəsəbəsində yaşadığı evdə bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alması müəyyən edilib.

Araşdırmalar davam etdirilir.