Məktəb-Lisey Kompleksi yenidən bağlandı

  • 2022.01.06 15:16
  • 3028 Baxış
Məktəb-Lisey Kompleksi  yenidən bağlandı
Bakıdakı Məktəb-Lisey Kompleksi bu gündən yenidən distant təhsilə keçib.

Medicina.az xəbər verir ki, koronavirusa yoluxma səbəbindən kompleksdə əyani dərslər 14 gün müddətinə distant tədrislə əvəz edilib.

Qeyd edək ki, ötən ilin noyabrında da Məktəb-Lisey Kompleksi distant tədrisə keçmişdi. Daha sonra Kompleksdə distant tədris müddəti daha 10 gün uzadılmışdı. Ötən ilin dekabrın 9-dan isə Kompleksdə dərslər əyani tədrisə keçmişdi.