Məktəblər açıldıqda meymunçiçəyinə uşaqlar yoluxacaq - Virusoloq

  • 01 Avq 2022 18:12
  • 1188 Baxış
Məktəblər açıldıqda meymunçiçəyinə uşaqlar yoluxacaq   - Virusoloq


Ümumdünya Səhiyyə Təşkilatının meymunçiçəyinin fövqalədə tibbi hal kimi qiymətləndirilməsiməsi bu virusun COVID-19-dan sonra ikinci qlobal pandemiyaya çevrilib-evrilməyəcəyi ilə bağlı ciddi narahatlıq doğurur.


Amerikanın Sana biotexnoloji firmasının gen terapiyası direktoru və virusoloq Dr. Semih Tareenin sözlərinə görə, xəstəliyin COVID-19 kimi bir pandemiyaya çevrilmə ehtimalı yoxdur.



Medicina.az xəbər verir ki, ekspertin sözlərinə görə, meymunçiçəyi virusunun yayılması daha yaxın təmas tələb etdiyi üçün virus COVID-19 qədər sürətlə yayılmır. Bu səbəbdən də COVID-19 qədər yoluxucu deyil.

“Meymunçiçəyi yeni bir virus deyil. İlk dəfə 70-ci illərdə təsbit edildi və biz bu virusu ən az 50 ildir tanıyırıq. 90-cı illərdən bəri minlərlə meymunçiçəyi aşkar edilib. Afrikada meymun xəstəliyinə əsas yoluxma yolu yaxın təmas, tənəffüs damcıları ilə sıx təmas, üz-üzə təmasda olmaq, yeməyi paylaşmaq, öpüşmək, kişidən kişiyə cinsi əlaqə və ya paltarla yataq dəstlərinin paylaşılması xəstəliyin əsas ötürülmə üsullarından biridir. Müəyyən təsadüflərin bir araya gəlməsi və bir çox partnyoru olan insanlarla sıx təmasda olmaq virusun sürətlə yayılmasına səbəb ola bilər.

Ölkələr yüksək risk qrupunda olan insanları peyvənd edə bilər. Bəzi yerlərdə peyvənd kampaniyaları başlayıb. Nyu-York, Kanada və İngiltərədə yüksək risk qrupunda olan insanlar peyvənd edilir.

Bu virusa qarşı dünyada kütləvi peyvəndin tələb olunub-olunmayacağını söyləmək çətindir. Ancaq payızda məktəblərin açılması ilə uşaqlar arasında yayılmağa başlayarsa, daha geniş peyvəndlənmə tələb edə bilər.

COVID-19 tənəffüs yolları ilə keçdiyi üçün qapanma və buna bənzər tədbirlər həyata keçirildi. Lakin meymunçiçəyində yayılma yolu məlumdur. Həmçinin COVID-19 başlayanda bu virusa qarşı peyvəndin istehsal edilib-edilməyəcəyi bilinmirdi, meymun xəstəliyində isə ona qarşı təsirli peyvəndlər var”, - həkim qeyd edib./publika.az/