Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Məktəblilərdə göz problemləri - Onları necə qorumaq olar? - Valideynlər mütləq oxusun

  • 2023.10.18 20:58
  • 3008 Baxış
Məktəblilərdə göz problemləri - Onları necə qorumaq olar? - Valideynlər mütləq oxusun
Gözlər, bizə bütün dünyanı göstərən çox önəmli orqandır.

Onlara qayğı göstərmək mütləqdir. Lakin müasir dövrün tələbləri, hər gün yenilənən texnika gözlərə çox ziyan vurur, görmə qabiliyyətinə mənfi təsir edir.

Medicina.az xəbər verir ki, bu, xüsusən uşaqlara aiddi. Balaca yaşlarından televizor, mobil telefon, planşet və kompüterin təsirnə məruz qalaraq, vaxtından əvvəl görmə qabilliyətinin pisləşməsilə nəticələnir. Məktəb dönəmi isə, uzağı və yaxını görmə pozğunluqları və astiqmatizm kimi deffektlərin yaranması üçün təhlükəli zaman sayılır. Çünki bu mərhələdə gözlər çox yüklənir. Bu məqalədə sizə uşaqların məktəb dönəmində görmə qabiliyyətinin qorunması üçün bir neçə vacib məsləhəti təqdim edirik:

- Uşağın gün rejimi, dərslə məşğul olmak vaxtları düzgün qurulmalıdır.

- Uşağınız məktəbədən sayıdan kimi onu dərs oxumağa məcbur etməyin. 1-2 saat ərzində istirahət etməsini təmin edin.

- Dərs etdiyi hər yarım saatdan bir, 10 dəqiqə istirahət etməsi məsləhət görülür. Yaşı artdıqda bu fasilə hər 1 saat ərzində ola bilər.

- Uşağınızın dərs etdikdə masa arxasında necə oturması çox vacibdir. Belə ki, düzgün oturmadıqda, həm bel sümüyünün əyilmə təhlükəsinə, həm də görmə deffektinin artmasına səbəb olur.

- Dərs etdiyi məkana gəldikdə, məkan bərabər ölçüdə işılı olmalıdır. Təbii işığın olması vacibdir. Lakin, qış axşamlarında elektik işıqla bərabər stolüstü çıraqdan istifadə etmək olar. Lakin çırağın işığı çox gur olmamalıdır ki, otağın ümummi işığı ilə kontrast yaratmasın.

- Bu məsələlərdə televizor vacib rol oynayır. Televizora baxdıqda gözlər gərgin vəziyyətdə olur. Xüsusən işıqız otaqda, uzanan vəziyyətdə televizora baxmaq qadağandır. 3 metrdən yaxın olmayaraq, ekrana qıraqdan deyil, düz istiqamətdə baxmaq məsləhətdir.

- Dövrün ən əsas problemi - kompyuter. Uşaqlar kompyuter arxasında 15 dəqiqə oturduqdan sonra, mütləq şəkildə fasilə etməlidirlər.

- Dövrün ən əsas problemi - kompüter. Uşaqlar kompyuter arxasında 15 dəqiqə oturduqdan sonra, mütləq şəkildə fasilə etməlidirlər.

- Qida rasionuna xüsusi diqqət yetirin. Çalışın A vitamini olan məhsullara üstünlük verin.

- Uşağınızın görmə qabiliyyətində hər hansı deffekt varsa, sinif müəlliməsinə xəbər verin ki, hansı masa arxasında oturmasının tənzimləyə bilsin.

- Gözlər üçün məşğələləri də unutmayın, onlar görmə qabiliyyətinə müsbət təsir göstərə bilər.

Sonda isə ən əsas məsləhətimiz odur ki, uşağınızın görmə qabilliyyətində hər hansı dəyişiklik gördükdə, mütləq olaraq oftalmoloqa (göz həkiminə) müraciət edin!