Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Melioidoz epidemiyası 20 nəfərin həyatına son qoydu

  • 2025.06.28 15:52
  • 73 Baxış
Melioidoz epidemiyası 20 nəfərin həyatına son qoydu

Avstraliyada 2024-cü ilin noyabr ayından bəri melioidoz epidemiyası səbəbindən 20 nəfər həyatını itirib.

Medicina.az xəbər verir ki, Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, Kvinslend ştatında palçıq hissəciklərinin tənəffüs edilməsi və ya çirklənmiş su ilə təmas nəticəsində ötürülən melioidoz halları müşahidə olunmağa davam edir.

Kvinslend ştatında 2024-cü ilin noyabrında güclü yağışlar başlayandan bəri 125 yoluxma qeydə alınıb.

Şimaldakı Taunsvil şəhərində yaşlı bir kişinin ölümü ilə ştatda melioidozdan ölənlərin sayı 20-yə çatıb.

Güclü yağışların davam edəcəyi gözlənilən Kvinslenddə səlahiyyətlilər yaşlı və xroniki xəstələri palçıqdan uzaq durmağa çağırıb.

Kvinslend Universitetində yoluxucu xəstəliklər üzrə çalışan Prof. Dr. Paul Griffin, epidemiyanın səbəb olduğu ölümlərin gözləniləndən çox olduğunu və yoluxmanın azaldılması və can itkisinin qarşısının alınması üçün insanların xəbərdar edilməsinin lazım olduğunu bildirib.

Aygün
Medicina.az