Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Meningit allergiya ilə səhv salınır – İmmunoloqdan vacib xəbərdarlıq

  • 2025.07.26 19:11
  • 129 Baxış
Meningit allergiya ilə səhv salınır  – İmmunoloqdan vacib xəbərdarlıq


Son zamanlar turistik bölgələrdə yayılmağa başlayan meningit vaxtında diaqnoz qoyulmadıqda ağır fəsadlara səbəb ola bilər. Rusiyada 2025-ci ilin ilk beş ayında meningokokk infeksiyasına yoluxma halları 2,6 dəfə artıb.

“Medicina.az” xəbər verir ki, immunoloq, təhlükəli infeksiyalar üzrə ekspert Vladislav Jemçuqov meningitin həkimləri belə çaşdıran simptomlarını açıqlayıb.

Onun sözlərinə görə, meningitin ilkin əlamətləri bəzən allergik reaksiyalarla səhv salınır:

“Bədəndə qanaxma, ləkə, qançır şəklində səpkilər meydana çıxır. Bu səpkilər dərinin dərin qatlarında olur, səthə çıxmır. Əgər həkim bu görüntünü əvvəllər görməyibsə, allergiya hesab edib yanlış diaqnoz qoya bilər.”

Jemçuqov qeyd edir ki, bu səpkilərdən sonra bədən temperaturu 36 dərəcədən aşağı düşə, qan təzyiqi enə, böyrəküstü vəzilərinin funksiyası pozula bilər. Bu hallar yüksək hərarətdən daha təhlükəlidir və ölüm riski yarada bilər.

Mütəxəssis bildirir ki, meningokokk infeksiyasının iki növü mövcuddur:

- Bakterial meningit – beyin qişalarının ciddi iltihabıdır;
- Viral meningit – daha az təhlükəli olsa da, hava-damcı yolu ilə yayılır və yay aylarında geniş yayılır.

Meningit ümumilikdə iltihabi proseslərin bir qrupudur və patogenin növünə, eləcə də xəstənin ümumi sağlamlıq durumuna görə fərqli şəkildə inkişaf edə bilər.

Əsas simptomlara aşağıdakılar daxildir:

• Şiddətli baş ağrısı
• Boynu irəli əyməkdə çətinlik
• Xəstənin çənəsini sinəsinə toxundura bilməməsi – bu, meningit üçün xarakterik əsas əlamət hesab olunur.

İmmunoloq yay aylarında bu infeksiyaya yoluxma hallarının artdığını vurğulayaraq, bakterial meningitə qarşı peyvəndlənmənin vacib olduğunu bildirib.

“Virus mənşəli meningitə qarşı peyvənd yoxdur. Bu həm bahalı, həm də nisbətən az riskli olduğundan geniş şəkildə tətbiq edilmir,” – deyə o əlavə edib.

Aygün Musayeva
Medicina.az