Menopauzada olan qadınlara bu toxum kömək edə bilər

  • 2022.12.17 15:47
  • 2009 Baxış
Menopauzada olan qadınlara bu toxum  kömək edə bilər


Mütəxəssislər menopauza zamanı təbii fitoestrogenlərlə zəngin kətan toxumunu qidaya əlavə etməyi tövsiyə edir.

Bakupost.az xəbər verir ki, Amerikalı alimlər kətan toxumunun menopauza dövründə qadın orqanizminə müsbət təsirini sübut edib.

Menopauza başladıqda cinsi hormon estrogen azalır. Bnunla da bir sıra xəstəlik riskləri artır.

Qadın orqanizmi artrit, ürək xəstəliyi, demensiya, xərçəngə və osteoparoza çox həssas olur, müqaviməti azalır.
Kətan toxumunda olan fitoestrogenlər orqanizmdə iltihabı azaldır. Onun təsiri ilə kanserogen, toksinlər çıxarılır.Bu toxum qadının daxilən, xaricən qocalmasını da ləngidə bilər.

Ona görə də menopauzada olan qadınların kətan toxumu istifadə etməsi xərçəngdən qoruya bilir.
Həm də bu ərəfəni daha rahat keçirirlər.