Menstruasiya sindromunu yüngülləşdirməyin yolları

  • 2023.07.14 15:46
  • 2997 Baxış
Menstruasiya  sindromunu yüngülləşdirməyin    yolları
Çox gənc qızlar predmenstural sindromundan əziyyət çəkirlər. Menstruasiya öncəsi ağrılar, halsizlıq, əsəbilik, yuxusuzluq, keçməyən stress və.s bu sindromun əlamətləridir. Menstruasiya dövründə hormonal dəyişikliklərlə yaxından əlaqəli olan predmenustral sindrom əhval dəyişikliyinə, şişkinliyə, döş həssaslığına və yorğunluğa səbəb ola bilər.


“Medicina” xəbər verir ki, ginekoloq Yelizaveta Komarovanın sözlərinə görə, bu günə qədər menustrasiyanı müalicə edəcək sehrli həb yoxdur. Ancaq həyat tərzi dəyişiklikləri, pəhriz və müəyyən müalicələrlə effektiv şəkildə idarə oluna bilər:


• Fiziki fəaliyyət
• Balanslaşdırılmış pəhriz
• Stress səviyyələrinin azaldılması
• Keyfiyyətli yuxu.


“Yüngüldən orta səviyyəyə qədər məşq enerjini artırmağa və zehni rifahı yaxşılaşdırmağa kömək edəcəkdir. Balanslaşdırılmış pəhriz şişkinlik və yemək istəyi kimi simptomları minimuma endirəcəkdir. Menstruasiya zamanı çox yeməkdənsə, tez-tez bir neçə dəfə yemək yemək daha faydalı ola bilər.


Stressi azaltmaq və əhvalınızı sakitləşdirmək üçün yoqa, meditasiya məşqlərini sınamaq həmişə yaxşı fikirdir. Siqaret çəkmək və həddindən artıq içki içmək kimi pis vərdişlərdən xilas olmaq da vacibdir, çünki bu simptomları pisləşdirə bilər.
Menstruasiya zamanı xanimlarda qandakı kalsium səviyyəsi aşağı düşür. Kalsium əlavəsi bu zaman qəbul edilərsə, xanımlarda yorğunluq, iştahanın dəyişməsi və depressiya kimi simptomları yaxşılaşdırdığı göstərilmişdir.

Tövsiyyə olunan digər əlavələr aşağıdakılardır:

• Maqnezium
• Vitamin B6
• Vitamin D

• Vitamin E
• Vitex ekstraktı
• Limon balzamının ekstraktı.

Həyat tərzinizə nəzarət etmək və təbii əlavələri araşdırmaqla siz PMS simptomlarını effektiv şəkildə idarə edə və aradan qaldıra bilərsiniz”.

Günay Quliyeva