Menstruasiya zamanı imtina edilməli 8 qida

  • 2023.09.12 17:00
  • 1415 Baxış
Menstruasiya  zamanı imtina edilməli    8 qida
Baş ağrısı, qarında spazm, ağrı, ürəkbulanma, köp, halsızlıq menstruasiya sindromunun hələ bütün simptomları deyil. Qadınlar bu günlərdə orqanizminə necə dəstək olacağını bilmir.


“Medicina” xəbər verir ki, həkim Lana Belyayeva menstruasiya günlərində imtina edilməli qidaları açıqlayıb.


“Əgər siz yanlış qidalar seçsəniz, özünüzü daha pis hiss edəcəksiz. Ona görə menstruasiya zamanı bəzi qidalardan qaçmaq lazımdır.

Yağlı ət – hormonlar üçün zərərlidir. Halburger, dönər, kolbasa və s. uzaq durun
Bunlar estrogen hormonunu daha da artırır, bu da ağrını artırır.

Paxlalılar, noxud, lobya – qarında köp yaradıb, əlavə təzyiq yaradır.
Şirniyyat, peçenye – qarını şişirdir, bədəndə ödem yaradır.

Kofein tərkibli içkilər – baş ağrısı yaradır.
Spirtli içki – miqren yaradır, susuzlaşmaya səbəb olur

Kola, fanta,qazlı suyu yaşıl çayla əvəz edin.

Hazır qidalar, market ərzaqları – onlarda olan əlavə qatqılar hormonal balansı darmadağın edir.
Menstruasiya günlərində xüsusi pəhriz saxlayın.

Yüngül salat, meyvə, tam taxıldan qidalar, limon, eləcə də tünd şokolad faydalıdır.

Aygün Musayeva