Mərkəzi Gömrük Hospitalı pasiyent qəbulunu dayandırdı

  • 2020.11.26 10:41
  • 1388 Baxış
Mərkəzi Gömrük Hospitalı pasiyent qəbulunu dayandırdı

Mərkəzi Gömrük Hospitalı pasiyent qəbulunu yenidən dayandırıb.

Bu barədə Mərkəzi Gömrük Hospitalının Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hospital noyabrın 20-dən etibarən yenidən pandemiya xəstəxanası kimi fəaliyyət göstərir.

Bu zaman hospitalda yalnız COVID-19 infeksiyalı xəstələrə tibbi xidmət göstərilir.