Meşədə üstünə ağac düşdü - öldü

  • 2025.12.22 16:27
  • 80 Baxış
Meşədə üstünə ağac düşdü   - öldü


Qəbələ rayonunda 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Medicina.az məlumatına görə, hadisə rayonun Vəndam kəndi ərazisindəki meşədə baş verib.

1970-ci il təvəllüdlü Nəriman Həbillah oğlu Bayramov meşədə olarkən başına ağac düşüb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.