Məşhur aktrisa və qızı koronavirusa yoluxdu

  • 2020.07.12 20:36
  • 4471 Baxış
Məşhur aktrisa və qızı koronavirusa yoluxdu
Hindistanlı məşhur aktrisa Ayşvariya Ray Baççan və 8 yaşlı qızı Aradhin koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, onların COVID-19 testlərinin nəticəsi pozitiv çıxıb.

Ayşvariya Rayın qayınatası, aktyor Amitabah Baççan və həyat yoldaşı Abhişek Baççan koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Baççan ailəsinin Mumbay şəhərindəki iqamətgahı bağlanıb. Orada işləyənlər iki həftəlik karantinə yerləşdirilib.