Belçika Qida Təhlükəsizliyi Təşkilatı (FAVV) Carrefour brendinə məxsus qırmızı bibər ətirli çipslərdə yüksək miqdarda akrilamid aşkar edildikdən sonra təcili geri çağırma qərarı verib.
Medicina.az xəbər verir ki, qurumun səlahiyyətliləri vətəndaşlara məhsulu yeməmələri ilə bağlı xəbərdarlıq edərkən, məhsulu alanların geri qaytarmalı olduqlarını bildiriblər.
Akrilamidlə uzun müddət məruz qalmanın xərçəng riskini artırdığı vurğulanır.
Məhsulun adı: Chips Sticks Paprika Aromalı
Brend: Carrefour Sensation
Çəkisi: 150 qram
EAN Kodu: 5400101098541
Lot nömrəsi: 59B30603
Son istehlak tarixi: 29/08/2025
Satış Tarixi: 28/03/2025
Aygün
Medicina.az